ABB bazara 15 milyon manatlıq istiqraz çıxarır: gəlirlilik neçə faizdir?

28.10.2026

ELAZ.İNFO xəbər verir ki, ABB kapital bazarında yeni istiqraz buraxılışlarının yerləşdirilməsinə başlayıb. Bankın açıqladığı məlumata görə, emissiyanın ümumi həcmi 15 milyon manat təşkil edir və iki ayrı buraxılışdan ibarətdir.

Birinci buraxılışın həcmi 5 milyon manat, müddəti 12 ay, illik kupon dərəcəsi isə 8,5 faizdir. İkinci buraxılış 10 milyon manat həcmindədir, 24 aylıq müddət üçün nəzərdə tutulub və illik 9 faiz kupon gəliri təklif edir. Hər istiqrazın nominal dəyəri 100 manatdır, ödənişlər isə aylıq həyata keçiriləcək.

İstiqrazlar faizli və təmin edilməmiş kateqoriyaya aiddir. Bu səbəbdən potensial investorlar qərar verməzdən əvvəl emissiya şərtlərini, müddəti və riskləri diqqətlə nəzərdən keçirməlidirlər. Yüksək kupon dərəcəsi öz-özlüyündə investisiyanın risksiz olması demək deyil.

İlahə BAYINDIR

👁 240