Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan musiqisinin tanınmış nümayəndələrindən olan Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı narahatlıq davam edir. Oktyabrın 27-də yayılan məlumata əsasən, müğənninin vəziyyəti kritik-ağır qiymətləndirilir.
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən 74 yaşlı sənətçinin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, Zaur Rzayevin səhhəti oktyabrın 14-də pisləşib və o, xəstəxanaya yerləşdirilib.
Günel GÜNTAC
170




