Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı niyə çoxdur?

Azərbaycanda 2025-ci ildə doğulan hər 100 uşaqdan təxminən 12-nin anası rəsmi nikahda olmayıb. Bəs bu göstəricinin arxasında hansı səbəblər dayanır?
ELAZ.İNFO xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən il ölkədə diri doğulan 95 875 uşağın 11 626-sının anası rəsmi qeydiyyata alınmış nikahda olmayıb. Bu, ümumi doğum sayının təxminən 12,1 faizini təşkil edir.
Məlumata əsasən, həmin uşaqlardan 8 832-nin doğumu hər iki valideynin, 2 794-nün doğumu isə yalnız ananın ərizəsi əsasında qeydə alınıb.
Bəs rəsmi nikah olmadan uşaq dünyaya gətirilməsinin əsas səbəbləri nədir? Bu tendensiya cəmiyyətdə ailə institutuna münasibətin dəyişməsi, nikahın rəsmi qeydiyyatına yanaşma və sosial-iqtisadi amillərlə bağlı ola bilərmi?
İlahə BAYINDIR




