Ramiz Mehdiyev barəsində hökm çıxarılıb: 14 il həbs cəzası şərti tətbiq edilib

28.10.2026

ELAZ.İNFO xəbər verir ki,  Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib, lakin cəza şərti tətbiq olunub.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmü ilə Ramiz Ənvər oğlu Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib.

Məhkəmə təqsirləndirilən şəxsin yaşını və sağlamlıq vəziyyətini nəzərə alaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiqinə qərar verib.

Həmçinin hökmə əsasən, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq təqdimatın göndərilməsi, əmlaklarının isə dövlət nəfinə xüsusi müsadirə edilməsi barədə qərar qəbul olunub.

Günel GÜNTAC

👁 180
Teqlər: