Bir anlıq diqqətsizlik 23 yaşlı gəncin həyatına son qoydu

28.10.2026

ELAZ.İNFO xəbər verir ki, bu gün saat 04:00 radələrində Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Toyota” markalı avtomobillə skuterin toqquşması nəticəsində 23 yaşlı Abdulla Əliyev hadisə yerində həyatını itirib.

Bir anın içində yarımçıq qalan bir ömür, gerçəkləşməyən arzular və övladının yolunu gözləyən bir ailənin bitib-tükənməyən ağrısı…

Yol-nəqliyyat hadisələri bir daha xatırladır ki, sükan arxasında və yolda diqqət, ehtiyatlılıq, hərəkət qaydalarına əməl etmək həyati əhəmiyyət daşıyır. Bəzən bir saniyəlik səhlənkarlığın nəticəsi ömür boyu silinməyən faciəyə çevrilir.

23 yaş çox gənc yaşdır… Bir ailənin ümidi, bir gəncin gələcəyi yarımçıq qaldı.

Abdulla Əliyevə Allahdan rəhmət, yaxınlarına səbir diləyirik.

Günel GÜNTAC

👁 270
Teqlər: