Kərəm Aktürkoğlu və Sallai toqquşdu

ELAZ.İNFO xəbər verir ki, “Qalatasaray” – “Fənərbaxça” derbisindən sonra meydanda xaos!
“Qalatasaray”ın “Fənərbaxça”nı 2-1 hesabı ilə məğlub etdiyi derbidən sonra meydanda gərginlik yaşandı. Son fit səslənən kimi hər iki komandanın oyunçuları arasında qarşıdurma yarandı və nəticədə polis meydana daxil olmaq məcburiyyətində qaldı. Hadisələr iki qırmızı vərəqə ilə nəticələndi.
“Qalatasaray” və “Fənərbaxça” arasındakı derbi təkcə oyun ərzindəki gedişatla deyil, həm də qarşılaşmadan sonra baş verənlərlə gündəmə gəldi. Oyun başa çatdıqdan sonra hər iki tərəfin futbolçuları arasında gərginlik artdı.
Son fitdən sonra “Qalatasaray”dan Roland Sallai ilə “Fənərbaxça”dan Kərəm Aktürkoğlu arasında gərgin mübahisə yaşandı. İki oyunçu arasındakı fiziki qarşıdurma meydandakı gərginliyin daha da artmasına səbəb oldu.
Aydan




