Mirsaleh Seyidov vəzifəsindən azad edilib

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mirsaleh Miradil oğlu Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncam 27 oktyabr 2026-cı il tarixində imzalanıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, Mirsaleh Miradil oğlu Seyidov tutduğu vəzifədən azad edilib.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq imzalanıb.
elaz.info
250




