Payız Günəşi Kimlər Üçün Təhlükəlidir? Ekspert Xəbərdarlıq Edir

Payız aylarında səmanın buludlu olması və günəşin yaydəki kimi yandırıcı təsir bağışlamaması aldadıcı ola bilər. Mütəxəssislər bildirirlər ki, payız günəşi bəzi qrup insanlar, xüsusilə də dəri həssaslığı yüksək olanlar üçün ciddi təhlükə mənbəyi ola bilər.
ELAZ.INFO xəbər verir ki, Tver Dövlət Universitetinin fizika-texniki fakültəsinin dekanı, elmlər namizədi Olqa Medvedeva TASS agentliyinə açıqlamasında payız günəşinin xüsusilə kimlər üçün riskli olduğunu izah edib. Onun sözlərinə görə, payız günəşinin əsas zərəri ultrabənövşəyi A (UV-A) şüaları ilə bağlıdır. Yay şüalarından fərqli olaraq, bu şüalar dərhal yanıq yaratmır, lakin dərinin dərin qatlarına nüfuz edərək DNT-ni zədələyir və qocalma prosesini sürətləndirir. Maraqlıdır ki, avtomobil və ev pəncərə şüşələri bu şüaların yalnız bir hissəsini saxlayır, buna görə də qapalı məkanlarda da diqqətli olmaq lazımdır.
İşıqlanmaya qarşı həssaslığı (fotosensibilizasiya) artıran preparatlar qəbul edən şəxslər payız günəşindən qorunmalıdırlar. Bu cür dərmanlar dərinin ultrabənövşəyi şüalara reaksiyasını birə-bir artırır. Təbii olaraq piqmentasiyası az olan və həssas dəriyə malik şəxslər, eləcə də uşaqlar payız günəşinin mənfi təsirlərinə daha çox məruz qalırlar. Turşularla dəri təmizlənməsi (pilinq) edənlər prosedurdan sonrakı həftələrdə ultrabənövşəyi şüalara qarşı həssas olurlar. Ekspert həmçinin xatırladıb ki, payızda günəş üfüqdən aşağıda yerləşdiyi üçün şüalar gözlərə birbaşa düşür. Bu səbəbdən parlaq günlərdə, xüsusilə qar örtüyü şüaları əks etdirdikdə, “UV400” işarəli günəş eynəklərindən istifadə etmək göz sağlamlığı üçün vacibdir.
Ruslan MƏMMƏDOV 🖋️




