Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıdakı Sosial Tikiş Müəssisəsində Olublar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxı şəhərində yerləşən sosial tikiş müəssisəsini ziyaret ediblər.
ELAZ.INFO xəbər verir ki, səfər çərçivəsində müəssisənin fəaliyyəti, istehsal prosesi və burada yaradılan iş şəraiti ilə yaxından tanışlıq olub. Bölgələrdə sosial yönümlü layihələrin dəstəklənməsi, xüsusilə qadınların məşğulluğunun artırılması və onların peşə bacarıqlarının inkişaf etdirilməsi baxımından bu cür müəssisələrin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Görüş zamanı müəssisənin kollektivi ilə hərarətli söhbət aparılıb, toxunan məhsullar və görülən işlər nəzərdən keçirilib. Leyla Əliyeva və Alyona Əliyeva müəssisə çalışanlarına uğurlar arzulayaraq, bu tipli sosial təşəbbüslərin cəmiyyət üçün faydasını vurğulayıblar.
Ruslan MƏMMƏDOV 🖋️




