Çinli Mühəndisdən Unikal Rekord

27.10.2026

Avtosport tarixində və qeyri-adi rekordlar siyahısında əsl sensasiya yaşanıb. Çinin tanınmış motosiklet istehsalçısı “ZXMOTO” şirkətinin təsisçisi Çjan Syue su üzərində motosiklet sürməklə Ginnesin Rekordlar Kitabına düşməyi bacarıb.

ELAZ.INFO xəbər verir ki, qeyri-adi rekord Çinin Hunan vilayətindəki Mayang Miao Muxtar Dairəsində, sahibkarın doğma şəhərində qeydə alınıb. Bazar günü xüsusi olaraq modifikasiya edilmiş motosikletə sükan arxasında oturan Çjan Syue açıq su səthi üzərində fasiləsiz olaraq 40,74 kilometr məsafə qət edib. Bu çətin sınaq texniki yeniliklərlə yanaşı, sürücüdən müstəsna fiziki dözümlülük və cəsarət tələb edib.

Rekordçunun sözlərinə görə, bu uğurun arxasında möhkəm inam və prosesin özünə olan dərin sevgi dayanır: “Mənim bu işi bacaracağıma inancım çox güclü idi. Hətta uğursuzluqla qarşılaşsaydım belə, tərəddüt etmədən yenə çalışacaqdım. Mən sadəcə olaraq bu prosesin özünü çox sevirəm”, – deyə Çjan Syue təəssüratlarını bölüşüb.

Ruslan MƏMMƏDOV 🖋️

Bizi izləyin və paylaşın
👁 200