Finlandiyada “Mighty Hammer 26” Hərbi Təlimləri Başlandı

27.10.2026

Finlandiya Silahlı Qüvvələrinin təşkilatçılığı ilə keçirilən “Mighty Hammer 26” irimiqyaslı hərbi təlimləri çərçivəsində ehtiyatda olan hərbçilər (rezervistlər) Pohjankankaa poliqonuna toplaşıblar.

ELAZ.INFO xəbər verir ki, təlimlərin ilk mərhələsində hərbi texnika və şəxsi heyətin qarnizondan təlim ərazisinə təhlükəsiz daşınması işləri icra olunur. Strateji hərbi eşelonların və texnikanın dislokasiyası zamanı təhlükəsizlik yüksək səviyyədə təmin edilir.

Məlumata görə, hərbi kolonların və texnikanın pərəkiyyəti hava hücumundan müdafiə (HHM) vasitələri, elektron mübarizə (EM) kompleksləri və müxtəlif növ Radioelektron Mübarizə (REM) sensorları vasitəsilə mühafizə olunur. Bu addım potensial hava və elektron təhdidlərin qarşısının alınması, eləcə də müasir döyüş şəraitində eşelonların müdafiəsi bacarıqlarının təkmilləşdirilməsi məqsədini daşıyır.

Ruslan MƏMMƏDOV 🖋️

Bizi izləyin və paylaşın
👁 150