Aleksiya Putelyas Üçüncü Dəfə Qadınlar Arasında “Qızıl Top” Mükafatına Layiq Görülüb

Dünya qadın futbolunun ən parlaq ulduzlarından biri olan ispaniyalı yarımmüdafiəçi Aleksiya Putelyas karyerasında yeni bir uğura imza atıb. “France Football” jurnalının versiyasına görə 2025/26 mövsümünün nəticələrinə əsasən, təcrübəli futbolçu növbəti dəfə dünyanın ən yaxşı qadın futbolçusu seçilərək “Qızıl Top” (“Ballon d’Or”) mükafatını qazanıb. Londonda təşkil olunan təntənəli mərasimdə bu nüfuzlu mükafat sahibinə təqdim olunub.
ELAZ.INFO xəbər verir ki, 32 yaşlı Putelyas ötən yay müddəti 14 il davam edən “Barselona” karyerasını yekunlaşdıraraq İngiltərənin “London Siti” klubuna keçib. “Barselona”nın heyətində 10 dəfə İspaniya çempionu və ölkə kubokunun qalibi olan futbolçu, dörd dəfə də Qadınlararası Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. İspaniya milli komandası ilə 2023-cü ildə Dünya Çempionu, 2024 və 2025-ci illərdə Millətlər Liqasının qalibi olan Putelyas, 2025-ci il Avropa Çempionatında da komandası ilə finala qədər yüksəlib.
Qeyd edək ki, qadınlar arasında “Qızıl Top” mükafatı 2018-ci ildən bəri təqdim edilir. Aleksiya Putelyas daha əvvəl 2021 və 2022-ci illərdə də bu mükafata layiq görülüb. Qadın futbolu tarixində digər mükafatçılar sırasında norveçli Ada Hegerberq (2018), amerikalı Meqan Rapino (2019) və ispaniyalı Aytana Bonmati (2023, 2024, 2025) yer alır.
Ruslan MƏMMƏDOV 🖋️




