Tovuzda Qanlı Hadisə: 44 Günlük Vətən Müharibəsi Qazisi Bıçaqlanaraq Qətlə Yetirildi

27.10.2026

Tovuz rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən ağır cinayət hadisəsi baş verib. Məlum hadisə zamanı bir nəfər həyatını itirib, digər şəxs isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

ELAZ.INFO xəbər verir ki, hadisə nəticəsində Neftçala rayon sakini, 1986-cı il təvəllüdlü Nizami Qurbanov aldığı ağır bıçaq zərbələrindən dünyasını dəyişib. Onunla birgə olan digər Neftçala sakini, 1988-ci il təvəllüdlü Ülvi Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, qətlə yetirilən Nizami Qurbanov Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsinin fəal iştirakçısı olub, döyüşlər zamanı yaralanaraq qazi adını qazanıb. Göstərdiyi rəşadət və şücaətə görə dövlət tərəfindən müxtəlif medallarla təltif edilən qazinin ölümü böyük kədərlə qarşılanıb.

Faktla bağlı hüquq-mühafizə organları tərəfindən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Ruslan MƏMMƏDOV 🖋️

Bizi izləyin və paylaşın
👁 180