Gündə bir avokado yemək xolesterini aşağı sala bilər!

ELAZ.İNFO xəbər verir ki, beş universitetin iştirakı ilə 1000-dən çox iştirakçı üzərində aparılan bir araşdırma, altı ay ərzində gündə bir avokado istehlak etməyin qarın nahiyəsindəki piylərdə və ya bədən çəkisində əhəmiyyətli bir dəyişikliyə səbəb olmadığını müəyyən edib.
Bununla belə, iştirakçılarda ümumi xolesterin və LDL (aşağı sıxlıqlı lipoprotein) xolesterin səviyyələrində cüzi azalma, həmçinin qidalanma keyfiyyətində ümumi yaxşılaşma müşahidə olunub.
Sağlam qidalanmanın vacib bir hissəsi olan avokado, tərkibindəki yağlar və qida dəyəri profili ilə seçilir. Gündəlik avokado istehlakının bədən çəkisi və ürək sağlamlığına təsirləri uzun müddətdir ki, tədqiqat mövzusudur. 5 iyul 2022-ci ildə Journal of the American Heart Association (Amerika Ürək Assosiasiyası Jurnalı) nəşrində dərc olunan bir araşdırmada, altı ay ərzində gündə bir avokado yeməyin təsirləri araşdırılıb. Tədqiqat göstərib ki, avokado qarın nahiyəsindəki piyləri azaltmasa da, xolesterin səviyyələrində müəyyən qədər azalma və daha keyfiyyətli qidalanma tərzi ilə əlaqəlidir.
Aydan




