“Ortaq Gələcək Naminə Dialoq” Mövzusunda 7-ci Ümumdünya Mədəniyyətlər arası Dialoq Forumu

ELAZ.İNFO
Azərbaycanda keçirilən bu Beynəlxalq Forum, dünyada bəşəriyyətin nicat yolunun axtarılması istiqamətində müxtəlif fikirlərin mübadiləsi, olduqca böyük hadisədir. Forumun adından da görünür ki, bəşəriyyətin ortaq gələcəyini sülh, əmin-amanlıq, barış, qarşılıqlı hörhət, qarşılıqlı faydalı iqtisadi və siyasi münasibətlərin olduğu bir dünyanın qurulması yollarını axtarmaq istiqamətində fikir mübadiləsində olmaq və bütün münaqişələrə, müharibələrə son qoya biləcək önəmli düşüncələri, forumun qərarı olaraq bütün dövlət rəhbərlərinin diqqətinə çatdırmaq, bu forumun əsas məqsədi, mahiyyətidir. Məhz ona görə də dünyanın gələcəyi ilə bağlı narahat olan 2000 nəfər ziyalı, siyasətçi, alimlər forumda iştirak etmək üçün qeydiyatdan keçib, 100-dən artıq ölkədən 500 nümayəndə iştirak edib. Bu böyük rəqəmlər onu göstərir ki, artıq dünyanın gələcəyi ilə bağlı hamı narahatdır.
Avropa alimləri dövlətin yaranmasını belə izah etmişdir. İnsan fərd olaraq yaranışdan bütün canlılar kimi, daxilində bir yırtıçılıq var. İnsan öz cəngəllik istəklərini həyata keçirməkdə tam azaddır. Hər bir insan öz rahatlığı üçün, qidası üçün başqa birinin əlində olanı alır, onu öldürür, evindən qovur, onun evində özü yaşayır rahatlıq tapır. Bu, cəngəllik qanunları ilə yaşamaqdır. Bu hamının hamıya qarşı müharibəsidir! Zəif olan ölür, güclü olan onun imkanlarını mənimsəyir. Bu hamının hamıya qarşı müharibəsinin qarşısını almaq üçün, ağıllı adadmlar yığışıb təklif edir ki, gəlin biz bir qurum yaradaq və öz azadlığımızın bir hissəsini bu quruma verək. Bu qurum bizi bizdən qorusun. Bu qurumun adı dövlətdir. Ona görə də Ölkədə zor tətbiq edən yeganə qanuni qurum dövlətdir.
Dünyada da belədir beynəlxalq qanunları, dövlətlər arasında münasibətləri tənzimləmək və nəzarət etmək üçün yaradılan Birləşmiş Millətlər Təşkilatı əgər öz işini düzgün icra etmirsə və ya bir neçə dövlətin maraqlarını qoruyursa, o zaman dünyada müharibələr bitməyəcək.
Beynəlxalq aləmdə böyük hörmətə, etiyrama, geniş geostrateji təfəkkürə malik olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Forumun açılışında çıxışı, bütün dövlət rəhbərlərinə, bütün beynəlxalq təşkilatlara, dünyamızın ortaq gələcəyinin sülh içində olması üçün dəyərli fikirlər bəyan etdi.
Cənab Prezident Azərbaycanın 30 il işqalda qalan torpaqlarnı azad etmək nümunəsini bir daha bəyan etdi ki, biz tək BMT-nın TŞ-nın qərarlarını icra etdik. O bəyan etdi ki, “Danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın, əksinə dondurulsun. Görünür əsas güclər bunun üzərində konsensusa gəlmişdilər. Lakin onlar Azərbaycan xalqının nə düşündüyünü, Azərbayvcan hökumətinin nə planlaşdırdığını səhv hesablamışdılar.
Nəzərə alınmalı məsələ Beynəlxalq təşkilatların qərarlarının icra mexanizmidir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin İCRA MEXANİZMİ OLMALIDIR.”
Gerçəkdən də beynəlxalq münasibətlərdə cəngəllik qanunlarına son qoymaq üçün gərək mütləq BMT-nın TŞ-nın qətnamə və qərarlarının icra mexanizmi olsun!
Cənab Prezident çıxışı zamanı bəyan etdi ki, bütün münaqişələr müxtəlif olsa da onların hamısının kökündə eyni amillər, ambitsiyalar, təcavüz və üstünlük hislərinin olmasıdır.
Bu forum, başqa ölkələri zəbt etmək, özünü daha üstün tutub iddialarla siyasət aparan dövlət rəhbərlərinin hamısına önəmli mesajlar verir.
Azərbaycanın böyük sayda üzvləri olan beynəlxalq təşkilatlara rəhbərlik etməsi, Bakıda forumların, tədbirlərin davamlı keçirilməsi, inanırıq ki, dünyanın bütün sülh istəyən dövlətlərini, bütün xeyir qüvvələrini bu ideya ətrafında birləşdirərək dünyamızın ortaq xoşbəxt gələcəyinin qurulması uğrunda siyasətini zəfərə qədər aparacaq!
Tahir Ələkbərov




