ELAZ.İNFO xəbər verir ki, Türk Dövlətləri Təşkilatının ölkələrinin liderləri Azərbaycanın TDT-yə sədrlik etməsinə dəstək ifadə etdilər.
Bu barədə bu gün Türküstanda TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə qəbul edilmiş Türküstan Bəyannaməsində deyilir.
Sənədə əsasən, imzaçılar 2025-ci il oktyabrın 7-də “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş Qəbələ sammitinin uğurla həyata keçirilməsini yüksək qiymətləndiriblər.
“Azərbaycan Respublikasının cari sədrliyinə və onun müəyyən etdiyi prioritetlərə dəstəyimizi ifadə edirik, həmçinin Azərbaycanın sədrliyinin TDT-nin üzv dövlətlər arasında əməkdaşlığın səmərəli platforması kimi daha da gücləndirilməsinə töhfə verəcəyinə əminliyimizi bildiririk”, – bəyannamədə deyilir.
Aydan
