Çin-ABŞ sammitində iki ölkə rəhbəri arasında razılaşdırılmış müqaviəyə əsasən Çin ABŞ-dən çip alacaq.
ELAZ.İNFO xəbər verir ki, Çinin ABŞ-dən H200 qrafik çiplərinin alınması yaxın müddət üçün nəzərdə tutulub. Bu barədə New York Times yazıb.
Maraqlısı odur ki, bu çiplərin satılmasını Tramp qadağan etmişdi. İndi o özü yenidən çiplərin satışını təklif edir.
Əslində, Çin üçün artıq H200 çipləri prioritet deyil, ondan dəfələrlə məhsuldar olan B200 çiplərini almaqda maraqlıdır. Lakin Tramp B200 çiplərinin satılmasına icazə vermir. Elə məhz buna görə də Çin H200 çiplərinin əvəzində ABŞ-a heç bir güzəşt etmədi.
Asif ŞƏFƏQQƏTOV
