Dəyərli insan, istedadlı həkim əbədiyyətə qovuşdu

ELAZ.İNFO dərin hüznlə xəbər verir ki, Biləsuvar rayonunda savadlı, bacarıqlı və böyük təcrübəyə malik həkim kimi tanınan Bayraməli Süleyman oğlu Bayramov vəfat etmişdir.
Bayraməli həkim ömrünü insanların sağlamlığına həsr etmiş, 46 illik fəaliyyəti boyunca yüzlərlə insana şəfa bəxş etmiş, onların inam və hörmətini qazanmışdır.
1980-ci ildə Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında başlamışdır. Uzun illər doğma Nərimankənddə həkim məntəqəsinin baş həkimi kimi çalışmış, son illərdə isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində fəaliyyət göstərmişdir.
Bayraməli həkim daim öz üzərində çalışan, tibbin yeniliklərini izləyən, xəstələrinə diqqət və qayğı ilə yanaşan, sadə və səmimi insan idi. O, yalnız peşəkar həkim deyil, həm də nümunəvi ailə başçısı idi. Onun övladları da atasının yolunu davam etdirərək həkim peşəsini seçmişdir.
Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk. Bayraməli həkimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin.

Sevinc Qasımova

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights