BƏƏ sahillərində tanker atəşə tutulub: Britaniya Hərbi Dəniz Qüvvələrindən açıqlama

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahillərində, Hörmüz boğazı yaxınlığında tanker naməlum mərmilərlə atəşə tutulub.

ELAZ.İNFO xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə tabe olan Dəniz Ticarətinin Əlaqələndirilməsi Mərkəzi (UKMTO) rəsmi məlumat yayıb.

UKMTO-nun yaydığı məlumata görə, hadisə BƏƏ-nin Fucayra şəhərindən 78 dəniz mili (təxminən 126 km) şimalda baş verib. Tanker naməlum mənşəli mərmilərlə atəşə tutulsa da, hücumun haradan və kim tərəfindən həyata keçirildiyi hələlik müəyyən edilməyib.

Rəsmi açıqlamada vurğulanır ki: Gəmi heyəti tam təhlükəsizlikdədir, xəsarət alan yoxdur. nsident nəticəsində dəniz mühitinə hər hansı zərər və ya sızma qeydə alınmayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir. Hörmüz boğazı və ətrafı dünyada neft daşınmaları üçün ən kritik marşrutlardan biri hesab edildiyi üçün bu cür insidentlər beynəlxalq bazarlarda ciddi narahatlıq yaradır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights