Sürücülər yol polisini saxlayıb tibbi müayinəyə apardılar

Özbəkistanın Jizzax vilayətində hüquq-mühafizə orqanları sistemində nadir rast gəlinən və böyük əks-səda doğuran hadisə baş verib.

ELAZ.İNFO xəbər verir ki, bir qrup sürücü xidmət başında olan və sərxoş vəziyyətdə olduğu iddia edilən Yol Patrul Xidmətinin (YPX) müfəttişini saxlayaraq onu məcburi şəkildə tibbi müayinəyə aparıblar.Müayinə zamanı polisin həqiqətən də məst olduğu rəsmən təsdiqini tapıb. Hadisədən dərhal sonra aparılan xidməti yoxlamanın nəticəsi olaraq, həmin əməkdaş daxili işlər orqanlarından xaric edilib.

Lakin məsələ bununla bitməyib. Maraqlı və təzadlı məqam odur ki, hazırda prokurorluq orqanları sürücülərin polis əməkdaşına qarşı bu hərəkətinin qanuniliyini araşdırır. Sosial şəbəkə istifadəçiləri isə baş verənləri “əsl sirk tamaşası” adlandıraraq, həm məst polisin hərəkətini, həm də sürücülərin özbaşına müdaxiləsini kəskin tənqid edirlər.

Bu hadisə hüquq sistemində intizam və vətəndaşların hüquq mühafizəçilərinə olan münasibəti barədə ciddi müzakirələrə yol açıb.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın