Alisa Lyu: Çempionluğa Aparan “Qızıl” Qayıdış

Amerikalı fiqurlu konkisürən Alisa Lyu builki Olimpiadanın ən qeyri-adi və ilhamverici karyera hekayələrindən birinə imza atıb. Gənc yaşlarında qazandığı sürətli uğurlardan sonra gözlənilmədən idmandan uzaqlaşan Lyu, böyük bir geri dönüşlə qələbənin formulasını tapıb.

ELAZ.İNFO xəbər verir ki, idmançının bu uğuru təkcə fiziki hazırlıqla deyil, həm də psixoloji yanaşmanın dəyişməsi ilə bağlıdır. Cəmi bir neçə il əvvəl daimi təzyiq və yorğunluqdan şikayətlənən Alisa, karyerasını bitirdiyini elan etmişdi. İki mövsümü adi bir yeniyetmə kimi yaşayan və idmandan tamamilə uzaqlaşan Lyu, bu müddətdən sonra buz üzərinə fərqli bir yanaşma ilə qayıdıb. Artıq onun üçün əsas məqsəd yüksək nəticə deyil, sadəcə sürüşdən zövq almaq idi.

Olimpiadada sərbəst proqram zamanı buz üzərinə parıldayan qızıl rəngli libasda çıxan Alisa, hər kəsin diqqətini çəkib. Yarışdan sonra zarafatla dediyi sözlər isə onun yeni fəlsəfəsini tam əks etdirir: “Təsəvvür edin, əgər bu gün qalib gəlməsəydim, bu qızıl paltarda necə axmaq görünərdim?! Hahaha!”

Onun əsas silahı artıq gərginlik deyil, daxili rahatlıq və prosesdən aldığı həzz oldu. Məhz bu “rahatlıq formulası” Alisanı yenidən dünyanın ən yaxşıları sırasına qaytardı.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights