ElAZ.İNFO xəbər verir ki, Meksikanın Oaxaka ştatı yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanların episentri təxminən 255 min sakini olan Oaxaka şəhərindən 87 kilometr cənub-şərqdə qeydə alınıb. Təbiət hadisəsinin ocağı yerin 20 kilometr dərinliyində yerləşib. İlkin məlumatlara görə, güclü silkələnməyə baxmayaraq, bölgədə ciddi dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Hazırda vəziyyətin nəzarətdə olduğu bildirilir.
Ruslan MƏMMƏDOV