Eks-üzv anklav kəndlərin təhvil veriləcəyi tarixi açıqladı

ElAZ.İNFO xəbər verir ki, Ermənistanın Kirans (Xeyrimli) kəndi ətrafında aparılan delimitasiya işləri və anklav kəndlərin taleyi ilə bağlı yeni təfərrüatlar məlum olub. Açarqut Ağsaqqallar Şurasının keçmiş üzvü Karen Kazaryan kənddəki son vəziyyət barədə ciddi iddialar irəli sürüb.

Sərhəd dirəkləri və kompensasiya məsələsi Kazaryanın sözlərinə görə, hakimiyyət Kiransda sonuncu sərhəd dirəklərini quraşdıraraq kəndi iki hissəyə ayırıb. Hazırda həmin ərazilər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin silahlı əməkdaşları tərəfindən ciddi mühafizə olunur və yerli sakinlərin dirəklərə yaxınlaşmasına icazə verilmir.

Məlumata görə, kəndi tərk etməli olan sakinlərə təxminən 100 min dollar civarında kompensasiya təklif edilib. Kazaryan bildirib ki, etirazlardan sonra bu məbləğ 50 faiz artırılsa da, sakinlərin böyük hissəsi türklərə satılacaq torpağımız yoxdur” deyərək kompensasiyadan imtina edirlər.

Anklav kəndlər üçün son tarix: 15 Avqust Müsahibənin ən diqqətçəkən məqamı anklav kəndlərin (Eskipara, Barxudarlı, Sofulu) taleyi ilə bağlıdır. Kazaryan qeyd edib ki, yerli əhali arasında gəzən söz-söhbətlərə görə, əgər mövcud hakimiyyət qalarsa, 15 avqust tarixi həmin kəndlərin tam təhvil verilməsi üçün son müddət kimi müəyyən edilib.

Mühasirə vəziyyəti Hazırda Açarqut və Kirans kəndləri ətrafında polis və daxili qoşunların çoxsaylı postları qurulub. Noyemberyan-İcevan yolunda avtomobillər ciddi yoxlanışdan keçirilir. Açarqut sakini olan Kazaryan vurğulayıb ki, anklav kəndlər təhvil verildikdən sonra onun yaşadığı kənd üç tərəfdən blokadaya düşəcək və düşmən hədəfinə çevriləcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights