ElAZ.İNFO xəbər verir ki, tanınmış qazaxıstanlı komik Nurlan Saburovun Rusiya Federasiyasına girişi 50 il müddətinə məhdudlaşdırılıb.
Məlumata görə, belə bir sərt qərarın qəbul edilməsinə səbəb sənətçinin xüsusi hərbi əməliyyatı (SVO) tənqid etməsi, habelə miqrasiya və vergi qanunvericiliyini pozması olub. Bildirilir ki, qərar qəbul edilən anda Saburov Moskvanın “Vnukovo” hava limanında olub.
Hüquq-mühafizə orqanlarının nümayəndəsi qeyd edib ki, sənətçinin fəaliyyətində aşkar olunan qanun pozuntuları və siyasi mövqeyi onun uzunmüddətli ölkədən kənarlaşdırılması üçün əsas yaradıb. Bu qadağa faktiki olaraq Saburovun 2076-cı ilə qədər Rusiya ərazisinə daxil ola bilməyəcəyi deməkdir.
Ruslan MƏMMƏDOV