30 mindən çox şəhid ailəsi üzvü və müharibə iştirakçısına məşğulluq dəstəyi

29.09.2026

ELAZ.İNFO xəbər verir ki, Postmüharibə dövründə sosial siyasətin əsas istiqamətlərindən biri şəhid ailələri və müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, indiyədək 30 700 şəhid ailəsi üzvü və müharibə iştirakçısının məşğulluğuna dəstək göstərilib.

Onlardan 13 700 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Bu şəxslərə mal və material formasında aktivlər verilib və onların bir hissəsi həmin imkanlardan istifadə etməklə kiçik biznes qurub.

Digər şəxslər münasib işlərlə təmin olunub və əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına göndərilib. Kursları başa vuran şəxslərin işlə təmin olunması istiqamətində də tədbirlər görülüb.

Qeyd edək ki, belə proqramların əsas məqsədi sosial yardımın yalnız maliyyə ödənişi formasında deyil, insanın gəlir əldə etməsinə imkan verən məşğulluq mexanizmləri ilə tamamlanmasıdır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁31
Teqlər: