Azərbaycana daha 30 ukraynalı uşaq gətirildi: Qəbələdə reabilitasiya keçəcəklər

29.09.2026

ELAZ.İNFO xəbər verir ki, Ukraynada müharibədən zərər çəkmiş uşaqlar üçün Azərbaycanın reabilitasiya proqramı davam edir.

Növbəti qrupda daha 30 ukraynalı uşaq Azərbaycana gətirilib. Onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqram çərçivəsində tibbi, sosial və psixoloji xidmətlər alacaqlar.

Proqrama fərdi psixoloji konsultasiyalar, qrup terapiyası, yoqa, rəqs terapiyası, müalicəvi masaj, hovuz prosedurları və art-terapiya daxildir.

Uşaqlar üçün Şəki və Şamaxıya ekskursiyaların təşkili də nəzərdə tutulub. Rəsmi məlumatlara görə, indiyədək Sosial Xidmətlər Agentliyi Ukraynadan Azərbaycana 500-ə yaxın uşaq və gənc gətirərək onların sosial və psixoloji reabilitasiyasını təşkil edib.

Bu proqramın diqqətçəkən tərəfi uşaqların yalnız tibbi deyil, psixoloji və sosial bərpasına da fokuslanmasıdır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁25