“30 İllik Yalandan Sonra Verilən Ani Qərar” – Bədən Zəhərdən Təmizlənəndən Sonra Beyində Nələr Baş Verir? (II Hissə)

Alkoqoldan imtina etdikdən sonra təmizləmə prosesi başa çatsa da, əsl sınaq bundan sonra – insanın öz beyni və psixologiyası i görünməz mübarizə aparmasıdır.
ELAZ.INFO oxucuların redaksiyamıza etdiyi çox saylı xahiş və müraciətini nəzərə alaraq,suallara cavab tapmaq üçün müsahibimizə görə qalib — şərti adı Kamran olan həmvətənimizi yenidən ziyarər edib, bu çətin yolun yeni mərhələsində yaşanan real təcrübələri öyrəndik.
Xatırlatma: İlk Hissədə Nələrdən Bəhs Olunmuşdu? (bu linkə tıklayaraq birinci hissə ilə tanış ola bilərsiniz https://elaz.info/ev-seraitinde-en-sade-usulla-bir-hefteye-yox-demek-mumkundur/)
“30 il özümü ‘sabah saxlayacam’ yalanı ilə aldatdım… Əslində hər şey sentyabr ayının 25-də dəyişdi. Qızımın ad günü idi, bu da içmək üçün ən gözəl bəhanələrdən biri idi. Mən tam 30 il idi ki, hər gün öz-özümə söz verirdim:!’”
“İçkinin bizə verdiyi aldadıcı həzdən, köhnə mühitdən (“kruq”dan) qopmağın yollarından, xəstəlikdən təmizlənmə prosesindən, də damar spazmlarının səbəb olduğu baş ağrıları və təzyiq oynamalarından bəhs edən ilk yazımız oxucular tərəfindən böyük rəğbətlə qarşılandı. Məhz bu marağın davamını canlı müşahidə etmək üçün, ikinci dəfə müsahibimizlə birgə tam bərpa olunmaq və asılılıqdan birdəfəlik qurtulmağın psixoloji tərəflərinə işıq saldıq.
II HİSSƏ: Fiziki Təmizlənmədən Sonra Görünməz Cəbhə
Fiziki olaraq ağır toksinlərdən təmizləndikdən,qara fermentləri və ümumi qan göstəriciləri normaya düşməyə başladıqdan sonra proses bitirmi? Xeyr. Əslində,ən həssas mərhələ bundan sonra başlayır. Müsahibimizin bu yolda keçirdiyi hərtərəfli fiziki dəyişiklikləri və orqanizmin bərpa dinamikasını izləmək üçün apardığı son tibbi laborator analiz nəticələrini də diqqətə çatdırırıq: Ümumi qan analizi (WBC, RBC, HGB, PLT və s.)qurğuları demək olar ki, hamısının referans (normal) dəyərlər çərçivəsində olması bədənin daxili sisteminin toksinlərdən təmizləndiyini və sabitləşdiyini əyani şəkildə müəyyən edir.

1. Fiziki azadlıq və beyindəki “dopamin” axtarışı
Aradan müəyyən müddət keçdikdən sonra insan fiziki olaraq spirtli içki istəməsə də, qarşısına tamamilə fərqli bir reallıq çıxır: psixoloji boşluq və beyində mükafat axtarışı.
İllər boyu dopamin (zövq və rahatlıq) siqnallarını yalnız bir mənbədən — alkoqoldan almağa öyrəşmiş sinir sistemi, həmin zəncir qırıldıqda özünə yeni əvəzedici axtarmağa başlayır. Məsələn, ömür boyu yeməyə xüsusi həvəs göstərməyən, meyvəyə və ya müxtəlif təamlara laqeyd olan insanın birdən-birə süfrədən doymaması, yeməkdən həzz almağa çalışması məhz bu beyin mexanizminin nəticəsidir. Beyin itirilmiş o zövq payını yeməklə, şirniyyatla və ya fərqli vərdişlərlə doldurmağa çalışır. Bu prosesi elmi və psixoloji tərəfdən dərk etmək mübarizənin yarıdan çoxunu qazanmaq deməkdir.
2. Kəskin qadağalar niyə işləmir?

İnsanı hər şeyə sərt məhdudiyyət qoymaqla, “onu yemə, bunu eləmə” deyə sıxmaq uzunmüddətli həll yolu deyil. Həyatı özün üçün zindana çevirmək əvəzinə, bədəndə baş verən dəyişikliklərin fizioloji səbəbini anlamaq lazımdır. Qaraciyər hələ piylənmədən və öd durğunluğundan xilas olmağa çalışarkən onu yenidən ağır və yağlı qidalarla yükləmək təhlükəlidir. Lakin hər şeyi birdən qadağan edib insanı ruhdan salmaq da əks-effekt verir. Əsl balans məhz iradə ilə elmi məntiqin kəsişdiyi nöqtədə tapılır.
3. Yeni hədəf: Zəncirin yeni halqası
Alkoqol səddini uğurla aşan insan öz daxili gücünün fərqinə artıq varır. Necə ki, ilk həftələrdə dırnaqarası dostlardan və köhnə vərdiş mühitdən qopmaq böyük cəsarət tələb edirdi,qazanılmış bu iradə indi başqa təhlükəli vərdişlərə —məsələn, siqarətəvə ya başqa asılılıqlara qarşı yönəldilə bilər.
Əsas həqiqət budur ki, bu çətin yolda heç kim tək deyil. Utanmadan,çəkinmədən ailənin dəstəyini almaq, ən əsası bu vəziyyəti iradəsizlik deyil,bir xəstəlik kimi qəbul edib, istər fziki istər pisxoloji müalicə almaq lazıbdır. Xüsusi qeyd etməliyəm ki, bu yolda mütəq ailə və yaxınların dəstəyi mütləqdir!
Sentyabrın 25-dən 2026 cı ildən Bu günə qısa müddətə nə dəyişdi?
Müsahibimizin sentyabrın 25-də verdiyi o qəti qərardan bu günə qədərki vəziyyəti sözün əsl mənasında heyrətamizdir. Özünün də etiraf etdiyi kimi, həm fiziki sağlamlığında, həm də ruh halında kəskin və müsbət dəyişikliklər baş verib:
Duyğuların oyanışı: İllərdir alkoqolun kütləşdirdiyi iybilmə və dadbilmə qabiliyyəti nəzərəçarpacaq dərəcədə bərpa olunub. Artıq yediyi meyvələrin əsl dadını hiss edir, təbiətdəki ən xırda gözəlliklərdən — quşların səsindən, yağan yağışın damcısından, əsən küləyin vıyıltısından belə zövq almağı bacarır.
Sağlam yuxu və enerji: Əvvəlki narahat və yarımçıq yuxular yerini dərin, möhkəm və rahat yuxuya verib. Bədən dincəldikcə hərəkət etməyə, açıq havada gəzməyə olan həvəsi də artıb.
Sosial həyata dönüş: Ən əsası isə həyata baxışı tamamilə gözəlləşib. Ətrafındakı insanları daha dərindən anlamağa, dostlarla, tanışlarla və qohumlarla səmimi ünsiyyət qurmağa başlayıb.
Bir sözlə, zəhərdən azad olan bədən və beyin insana əsl yaşamaq sevincini geri qaytarıb.
📢 ELAZ.INFO Redaksiyasından Oxuculara Dəstək Fürsəti:
Bu yolu yaşamış insanın canlı təcrübəni real təcrübə,onunla həmsöhbət olub şəxsi məsləhətlərini almaq istəyən oxucularımızELAZ.INFOredaksiyasına müraciət edərək müsahibimiz Kamranla əlaqə yarada bilər
Ruslan MƏMMƏDOV 🖋️




