ELAZ.İNFO xəbər verir ki, “Trabzonspor” “Qalatasaray”a qarşı böyük zərbə vurdu.
“Trabzonspor” transfer yarışında “Qalatasaray”ı geridə qoymağa hazırlaşır. Bordo-mavili komandanın sağ cinah müdafiəçisi Mithat Pala ilə anlaşdığı, Muhammed Cham plus nağd pulun da iştirak etdiyi müqavilənin qüvvəyə mindiyi iddia edilir. Bir müddətdir həm “Qalatasaray”, həm də “Trabzonspor”un radarında olan Mithat Palanın qərarını verdiyi iddia edilir. İddialara görə, 25 yaşlı sağ cinah müdafiəçisi karyerasını “Trabzonspor”da davam etdirmək istəyir. Tərəflər arasında danışıqların davam etdiyi və yaxın vaxtlarda transferin rəsmi şəkildə yekunlaşacağı gözlənilir.
Sənan Altay
