Xalq şairi Vahid Əzizlə görüş keçirilib


ELAZ.İNFO xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Şöhrət ordenli Vahid Əzizlə rayon ictimaiyyətinin görüşü keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ziyalılar, mədəniyyət işçiləri və çoxsaylı poeziya sevərlər iştirak ediblər
Görüşün ən yaddaqalan hissəsi isə Xalq şairinin özünün çıxışı və tamaşaçılarla səmimi dialoqu olub. Tədbir çərçivəsində şair poeziyanın cəmiyyətdəki rolu, yaradıcılıq yolu və ədəbi baxışları barədə fikirlərini bölüşüb, yeni fəlsəfi və lirik şeirlərini səsləndirib. Ustad sənətkar göstərilən bu yüksək qonaqpərvərliyə və sevgiyə görə rayon sakinlərinə dərin təşəkkürünü bildirib.
Tədbirin sonunda Vahid Əziz oxucuların ünvanladığı çoxsaylı sualları böyük səmimiyyətlə cavablandırıb.

Sevinc Qasımova

Bizi izləyin və paylaşın