Müsasir dünyada bütün beynəlxalq münasibətlər yalnız güclər tərəfindən aparılır! Bu gün güclərin münasibətləri yeni dünya nizamı qurur. Güc mərkəzləri bir-biri ilə müharibə apararaq çox böyük və həddən ziyada çoxtərəfli olan mürəkkəb geosiyasi “şahmat” oyunundadırlar. Məlum olan bütün beynəlxalq qanunlar, yalnız əsas məqsədi gizlətmək üçün istifadə olunur. Artıq bir çox hallarda cəngəllik qanunları ilə hərəkətlərini heç gizlətmirlər. Yeni dünya nizamının qurulması prosesində ABŞ və Çin özünü qlobal güc mərkəzi kimi formalaşdırıb. Hətta Rusiya da formal olaraq özünü qlomal güc mərkəzi kimi hesab etsə də, əslində o, Çin güc mərkəzinin orbitinə daxil olur. İran isə bu cəngəllik qanunları ilə aparılan qlobal “şahmat” oyununda böyuk güclərin öz maraqları üçün oynadıqları fiqurdur. İran, fars dövləti kimi mövcud olandan (1925) 101 il vaxt keçsə də, o ya Rusiyanın ya da ABŞ, İngiltərə güc mərkəzlərinin orbitində onların xarici siyasətlərinə uyğun yaşayaraq mövcudluğunu saxlayıb. İran yalnız bu güclərin razılıq verdiyi həddə “müstəqil” olaraq öz mövcudluğunu saxlayıb.
Belə bir cəngəllik qanunları ilə aparılan münasibətlərdə Türk Dövlətləri öz etnosuna, babalarına layiq olmaq üçün, yeni dünya nizamında özünə layiqli mövqe tutmaq üçün, mütləq Türk Dövlətləri Təşkilatını dayanmadan gücləndirməlidir!
Bütün Türk dövlətləri eyni təhlükə ilə üz-üzədir! Bütün Türk dövlətlərini müasir güc mərkəzləri özlərinə real təhlükəli potensial rəqib hesab edir! Onu da anlamaq və xatırlamaq lazımdır ki, bütün qüdrətli Türk dövlətlərini xain siyasətlə yox edən müasir güc mərkəzlərinin xələfləridir. Tək elə bu reallıq bizə məcbur edir və bizdən tələb edir ki, Türk Dövlətləri Təşkilatını ən qüdrətli güc mərkəzi səviyyəsinə yüksəldək! TDT-nin qüdrətli güc mərkəzi səviyyətsinə yüksəlməsi, Türk dövlətlərinin geosiyasi hədəfidir! Bütün Türk Dünyasının, bütun Türk xalqlarının hüquqlarını ehtibarlı və davamlı müdafiə edən yalnız TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATIDIR! Bütün Türk Dövlətləri dayanmadan, sürətlə Türk Dövlətləri Təşkilatını gücləndirməlidirlər.
Tahir Ələkbərov
