Xaçmazda ağır qəza: 9 nəfər xəsarət aldı

28.09.2026

ELAZ.İNFO xəbər verir ki, Xaçmazda bir neçə ailəni sarsıdan ağır yol qəzası baş verib. Gəndob-Yalama avtomobil yolunun rayonun Çarxı kəndi ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.

Hadisə zamanı VAZ-2106 və VAZ-2107 markalı avtomobillər bir-birinə çırpılıb. Toqquşmanın zərbəsi nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlar arasında 2011 və 2015-ci il təvəllüdlü iki uşağın da olduğu bildirilib. Digər yaralıların müxtəlif rayonların sakinləri olduğu açıqlanıb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

İslam MAHMUDOV

👁 440
Teqlər: