ELAZ.İNFO xəbər verir ki, Husilər Səudiyyəyə qarşı dəniz mühasirəsi elan edib.
İranın dəstəklədiyi husi silahlıları bazar ertəsi yaydıqları bəyanatda bu andan etibarən Səudiyyə Ərəbistanına qarşı “dəniz mühasirəsi” tətbiq etdiklərini açıqlayıblar.
Husilərin hərbi sözçüsü bildirib ki, bu addım “gözə göz” prinsipi əsasında və onların iddiasına görə, Səudiyyə Ərəbistanının Yəmənə qarşı təxminən 12 ildir davam etdirdiyi mühasirəyə cavab olaraq atılıb.
Yəmənin geniş ərazilərini, o cümlədən paytaxt Sənanı nəzarətdə saxlayan bu silahlı qrup ötən həftə də öz nəzarətində olan hava limanının bombalandığını iddia edərək Səudiyyə Ərəbistanına raketlər atmışdı.
Sözardı: Son həftələrdə İran rəsmilərinin bir qismi husilərin Tehrana dəstək məqsədilə hərəkətə keçəcəkləri fikri bunu iranın etdiyinin sübutu ola bilər.
Sevinc Qasımova


