Süni intellekt bəzi materialları Dilçilik institutundan daha yaxşı təqdim edir

ELAZ.İNFO xəbər verir ki, bir çox tanınmış ictimai-siyasi xadim və elm adamları Emin Əmrullayevin son çıxışlarına maraqlı münasibətlər bildiriblər.

Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev öz sosial şəbəkə hesabında ,elə özünəməxsus yumor hissi ilə paylaşım edib. Olduöu kimi diqqətinizə çatdırırıq.

“Emin Əmrullayev: “Süni intellekt bəzi materialları Dilçilik institutundan daha yaxşı təqdim edir”.
Üzümü başda Nizami Cəfərov olmaqla təbii intellekli alimlərə tuturam: cavabını verə bilərsinizmi? Mən Nizami müəllimdən qorxuram. Durub deyər ki, Emin müəllim düz deyir: “Süni intellekti hətta Dilçilik institutuna direktor da qoymaq olar”. Rafael Hüseynov isə Emin məllimin bu müdrik fikrini “vaxtında deyilmiş praqmatik, metamodernist fikir” kimi dəyərləndirər.”

Sözardı: Bu qədər söz deyilir,bu qədər tənqid edilir.Nədən bu təhsil siyasətinin başına bir təhsil adamı gətirilmir?

Natəvan Bəydili

Bizi izləyin və paylaşın