ELAZ.İNFO xəbər verir ki Səməd Vurğunun Bakıya gətirdiyi, övladlarına muğam adları verən müğənni Qulu Əsgərovun sabah anım günüdür.
Salyanda anadan olub. Qulu Əsgərovun Bakıya gəlməyində Səməd Vurğunun əvəzsiz xidməti olub. Deyilənə görə, şair onu hansısa toyda dinləyəndən sonra səsini çox bəyənir və onu Bakıya gətirir. Tarzən, bəstəkar, xanəndə olan Qulu Əsgərov muğamat haqqında kitab da yazıb. Birinci həyat yoldaşından ayrılandan sonra uzun müddət teatrda yaşayıb. Xəstə olduğunu biləndən sonra “Filarmoniya bağı”na gedib, bütün sənət dostları ilə görüşüb, halallaşıb. Səbəbini soruşanda isə deyib ki, “mədəmdə o zəhrimardan var, ona görə gəldim hamınızla vidalaşım”. Muğamatın vurğunu olan Qulu Əsgərov övladlarına da muğam adları verib: Rahab və Şahnaz. Xərçəng xəstəliyindən əziyyət çəkən sənətkar 1987-ci ildə 58 yaşında dünyasını dəyişib.
Aydan
