Şirvan və Sabirabadın qaz təchizatında fasilə yaranacaq

Bu gün Şirvan və Sabirabad şəhərlərinin bəzi küçələrində qaz təchizatında fasilələr yaranacaq.

ELAZ.İNFO xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsi məlumat verib.

İdarədən o da bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Şirvan şəhərinin bir sıra küçələrinin, Sabirabad şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın