Si Cinpin Çin və Şimali Koreyanı etimadı möhkəmləndirməyə və praktiki əməkdaşlığı gücləndirməyə çağırıb

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və Çin Xalq Respublikasının Sədri Si Cinpin bəyan edib ki, Çin və Koreya Xalq Demokratik Respublikası (KXDR) siyasi qarşılıqlı etimadın əsaslarını möhkəmləndirməli və praktiki əməkdaşlığın səviyyəsini yüksəltməlidirlər.

ELAZ.İNFO xəbər verir ki, Çin rəhbəri bu bəyanatla Pekin və Pxenyan arasındakı strateji tərəfdaşlığın gələcək perspektivlərinə toxunub. Çin lideri bu mühüm fikirləri Koreya Fəhlə Partiyasının Baş katibi və KXDR Dövlət İşləri üzrə sədri Kim Çen In ilə keçirdiyi rəsmi danışıqlar zamanı ifadə edib. Görüşdə iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinin qorunması və qlobal çağırışlar fonunda müttəfiqlik əlaqələrinin yeni mərhələyə qaldırılması prinsipləri vurğulanıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın