Sən yarınla gəz, dolan, mən eşqimin şeydasıyam

05.08.2026 Müəllif: İlahə BAYINDIR Şərh: 0

Sən yarınla gəz, dolan, mən eşqimin şeydasıyam,
Sən də yox qəmdən əsər, mən dərd-qəm dəryasıyam.

Gözlərin nəqşin çəkir səssiz, xəyalım göylərə,
Eybi yox, yum gözlərini, öz tərhimin şeydasıyam.

Yox dilim bülbül kimi, eşqinlə fəryad eyləyəm,
Amma eşqin dağların bir-bir gəzən ənqasıyam.

İstəyirdim dərdimi dost-aşnadan gizlədəm,
Amma bilmirdim özüm dost-aşna rüsvasıyam.

Çox məlamətlər ediblər aşnalar eşqimə,
Nəqşəsin qəlbim çəkir, mən biçara bənnasıyam.

Şərifə CƏFƏRİ

Bizi izləyin və paylaşın
👁0
İlahə BAYINDIR