Ötən ay 11 aptekdə pozuntu aşkarlanıb

Ötən ay 11 aptekdə pozuntu aşkarlanıb – Rəsmi açıqlama

ELAZ.İNFO xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) 2026-cı ilin iyul ayı ərzində ölkə üzrə fəaliyyət göstərən apteklərdə yoxlamalar aparıb.

Mərkəzin məlumatına görə, ümumilikdə 78 aptekdə yoxlama həyata keçirilib. Onlardan 55-i Bakı şəhərində, 23-ü isə digər şəhər və rayonlarda yerləşən apteklər olub.

Yoxlamaların 51-i plan üzrə, 26-sı plandankənar, 1-i isə yoxlamadan kənar formada aparılıb.

Yoxlamaların nəticəsində 11 aptekdə müxtəlif qanun pozuntuları müəyyən edilib. Aşkarlanan nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati protokollar tərtib olunub.

Analitik Ekspertiza Mərkəzi apteklərin fəaliyyətinə nəzarət tədbirlərinin davam etdiriləcəyini bildirib.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın