Şəhid atasına, Şəhid anasına dil uzatmayın

Şəhid ata və analarına dil uzatmayın. Unutmayın ki, bu torpaq onların dünyaya bəxş etdiyi övladların qanı ilə bütövləşib. Şəhidin həyat yoldaşı olmaq heç vaxt onu şəhidin ata-anasından üstün etmir.
Əgər bir ana övladlarını qoyub gedibsə, bu da cəmiyyət tərəfindən sual doğuran bir məsələdir. Elə şəhid xanımları tanıyırıq ki, həyat yoldaşının ili çıxmamış onun adına verilən evdə yeni ailə qurub, şəhid adına verilən imtiyazlardan da istifadə edib. Buna görə də heç kəs yalnız qonşuların sözü və ya sensasiya axtaran saytların yazdıqları ilə şəhid valideynlərini mühakimə etməməlidir.
Gəlinin atasının dediyinə görə, qızı vəkil tutub və vəkil ona Bakıda qalaraq məsələləri müzakirə etməyi məsləhət görüb.O,da Bakıda kirayəyə köçüb. Tək bir qadının, övladları olmadan, sırf vəkillə görüşmək üçün başqa şəhərdə kirayə qalması da insanlarda suallar yaradır. Bu səbəbdən hadisəyə emosiyalarla deyil, diqqətlə yanaşmaq lazımdır.
Bir məqamı da açıq deyirəm: şəhid atasının etdiyi əmələ haqq qazandırmıram. Bu, ağır cinayət və böyük günahdır. Ancaq gəlini də mələk kimi təqdim etmək doğru deyil. Çünki övladlarını qoyub gedən bir ananın davranışı da cəmiyyətdə haqlı suallar doğurur.
Əgər deyilirsə ki, uşaqlar onun əlindən alınıb, bunun da hüquqi tərəfi araşdırılmalıdır. Bu ölkədə heç kimin uşağını səbəbsiz yerə əlindən almaq mümkün deyil.
Belə faciələrdə tərəflərdən birini tam günahsız, digərini isə tam günahkar elan etmədən əvvəl bütün faktlara baxmaq lazımdır.

Səbinə KƏRİMOVA

Bizi izləyin və paylaşın