Salyan rayonunda peşə təhsilinin keyfiyyətinin artırılması və tələbələrin əmək bazarına hazırlanması istiqamətində mühüm addımlar atılır. Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyinin tələbələri hazırda real iş mühitində öz bacarıqlarını sınaqdan keçirirlər.
ELAZ.İNFO xəbər verir ki, liseyin “Aqroservis mütəxəssisi” qrupunun tələbələri “P-Agro” MMC-nin Salyan filialında istehsalat təcrübəsini uğurla davam etdirirlər. İndi peşə təhsilini sadəcə auditoriya dərsləri hesab edənlər bir məqama diqqət etsinlər ki, aqrar sahədə müasir texnikaların idarə edilməsi və onlara texniki qulluq göstərilməsi birbaşa tarlada və müəssisədə qazanılan praktiki vərdişlərdən asılıdır.
Təcrübə prosesinin uğurlu təşkilində bir neçə mühüm məqam ön plana çıxır: Yüksək şərait: Müəssisənin direktoru Mərdan Cəlilov tərəfindən tələbələr üçün yaradılan şərait və göstərilən diqqət onların motivasiyasını artırır. Ustad dərsləri: Mexanik Xeyyam müəllim öz peşəkar təcrübəsini gənclərlə bölüşərək, onlara mürəkkəb aqrotexniki avadanlıqlarla işləməyin sirlərini öyrədir. Daimi nəzarət: Liseyin baş ustası Tamerlan Məmmədov təcrübə prosesini yaxından izləyərək, tələbələrə gələcək karyeraları üçün vacib olan tövsiyələrini verir.
Bu cür istehsalat təcrübələri təhsil müəssisəsi ilə özəl sektor arasında qurulan sağlam əməkdaşlığın göstəricisidir. Bu platforma tələbələrə məzun olduqdan sonra iş tapmaqda və peşəkar mütəxəssis kimi formalaşmaqda möhkəm təməl yaradır.
Ruslan Məmmədov