Azərbaycanda rəqəmsal təhlükəsizlik və yüksək ixtisaslı kadr hazırlığı istiqamətində növbəti böyük uğura imza atılıb. Mingəçevir Dövlət Universitetində (MDU) regionun ən böyük və ən müasir Kibertəhlükəsizlik Laboratoriyasının açılışı baş tutub.
ELAZ.İNFO xəbər verir ki, bu nəhəng layihə qlobal enerji nəhəngi bp və onun tərəfdaşlarının yaxından dəstəyi ilə ərsəyə gətirilib. MDU tərəfindən maddi-texniki bazası əhəmiyyətli dərəcədə genişləndirilmiş yeni laboratoriya tələbələrə nəzəri bilikləri praktika ilə birləşdirmək üçün unikal imkanlar təklif edir. Tələbələr real kiberhücum ssenariləri üzərində birbaşa işləmək şansı əldə edəcəklər. Burada kiberinsidentlərin qarşısının alınması mexanizmləri öyrədiləcək və tələbələr beynəlxalq standartlara tam cavab verən peşəkar mütəxəssis kimi formalaşacaqlar.
Ən son texnoloji infrastrukturla və xüsusi proqram təminatları ilə təchiz olunan bu mərkəz təkcə Mingəçevir Dövlət Universiteti üçün lokal bir layihə deyil. Laboratoriya bütövlükdə regionda rəqəmsal bacarıqların inkişaf etdirilməsi, regional kibermüdafiə potensialının artırılması və yüksək texnologiyalar sahəsində insan kapitalının gücləndirilməsi baxımından müstəsna və strateji əhəmiyyət daşıyır.
Ruslan MƏMMƏDOV
