ELAZ.İNFO xəbər verir ki,son zamanlar uşaqlarda artan əl-ayaq və ağız xəstəlikləri haqqında Türkiyənin Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr.Mustafa Konur xəstəliyin əlamətləri, bulaşma yolları, müalicə prosesi və profilaktika üsulları ilə bağlı ailələrə mühüm xəbərdarlıqlar edib.
Son günlər Terkiyənin uşaq klinikalarına edilən müraciətlərdə əl-ayaq və ağız xəstəlikləri (ƏİA) hallarında ciddi artım olduğunu bildirən Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr.Mustafa Konur xəstəliyin xüsusilə 5 yaşdan kiçik uşaqlarda daha çox rast gəlindiyini bildirib. Valideynlərin panikaya düşməməsi lazım olduğunu deyən Konur düzgün məlumat və düzgün yanaşma ilə xəstəliyin asanlıqla idarə oluna biləcəyini vurğuladı. Əl-ayaq və ağız xəstəliklərinin adətən enteroviruslar ailəsinə aid Coxsackievirus A16-nın törətdiyi virus infeksiyası olduğunu deyən Mütəxəssis Dr.Mustafa Konur, “Bütün yaş qruplarında müşahidə olunsa da, xəstələrin böyük əksəriyyəti 5 yaşdan kiçik uşaqlarda müşahidə olunur. Virus epidemiyaya səbəb olma meyilli olsa da, xüsusilə yayın sonu və ilin istənilən vaxtında görünə bilər” dedi.
Aydan


