“Qərbi Azərbaycanda Alban İrsi” mövzusunda seminar keçirilib


ELAZ.İNFO xəbər verir ki, 23 sentyabr 2026-cı il tarixdə Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Qərbi Azərbaycanda Alban İrsi” mövzusunda seminar keçirilib.
Seminarda Qafqaz Albaniyasının tarixi-mədəni irsi, Qərbi Azərbaycanda yerləşən alban xristian abidələri, onların tarixi və memarlıq xüsusiyyətləri barədə məlumat verilib. UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, AMEA-nın aparıcı elmi işçisi, professor Məhəbbət Paşayeva mövzu ilə bağlı təqdimatla çıxış edib.
Tədbirdə, həmçinin alban irsinin qorunması, elmi əsaslarla araşdırılması və beynəlxalq müstəvidə tanıdılması məsələləri müzakirə olunub.
Seminar mövzu ətrafında geniş müzakirələr və sual-cavab sessiyası ilə başa çatıb.
İradə RİZAZADƏ
23





