Qərar mədəni irsi vandalcasına dağıdanların xeyrinə yekunlaşdırdı

Dünən İsmayıllı məhkəməsi 2025-ci ilin əvvəlindən bəri uzadılan cinayət işi üzrə qərarı mədəni irsi vandalcasına dağıdanların xeyrinə yekunlaşdırdı. Beləliklə, ölkədə tarix-mədəniyyət abidələrini düşərgə quraraq, səngər qazaraq, fəhlə işlədərək və ağır texnika ilə dağıtmağın faktiki olaraq mümkünlüyünə presedent yaradıldı və bu əməllər dolayısı ilə legitimləşdirildi.

ELAZ.İNFO xəbər verir ki, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Faris Xəlilli bildirir ki, “Niyal qalasının bir hissəsini 2023 və 2024-cü illərin qış mövsümündə, üç ay ərzində vəhşicəsinə dağıdan şəxslər məhkəmə zalından sərbəst buraxıldılar və işə xitam verildi. Həmin şəxslər ölkənin müxtəlif mədəni irs abidələrində detektorlarla qanunsuz axtarışlar aparır, sadəlövh insanlardan külli miqdarda vəsait toplayaraq qızıl axtarışı ilə məşğul olurlar”.

Fariz Xəlilli onu da qeyd edib ki, “Onlar əvvəllər Şəkidə yerləşən Babaratma türbəsində qanunsuz qazıntı apardıqları zaman həbs olunmuş, daha sonra əfv edilmişdilər. Bu dəfə isə məhkəmə zalındaca cəzasız qaldılar”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın