“Qarabağ”ın pley-offdakı rəqibi bəlli oldu

“Qarabağ”ın pley-offdakı rəqibi bəlli oldu – İlk oyun Niderlandda

ELAZ.İNFO xəbər verir ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderland təmsilçisi “Tvente” ilə qarşılaşacaq.

Ağdam klubunun rəqibi III təsnifat mərhələsinin yekun oyunlarından sonra müəyyənləşib. “Tvente” Slovakiyanın “DAK 1904” komandasını iki görüşün nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb. Cavab qarşılaşması 3:3 hesabı ilə başa çatıb.

“Qarabağ” isə Kiyev “Dinamo”sunu Bakıda 2:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib.

Məlumat üçün bildirək ki, tərəflər arasında ilk görüş 20 avqustda, cavab oyunu isə 27 avqustda keçiriləcək.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın