Qarabağa Böyük Qayıdış davam edir

Qarabağa Böyük Qayıdış davam edir: əhalinin sayı 91 mini keçib

ELAZ.İNFO xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi davam edir və bölgədə yaşayan, çalışan və təhsil alan insanların sayı 91 mini ötüb.

Dövlət Statistika Komitəsinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən yaydığı statistikaya görə, 1 avqust 2026-cı il tarixinədək 38 179 keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb.

Məlumata əsasən, Böyük Qayıdış çərçivəsində həyata keçirilən köç prosesi nəticəsində işğaldan azad edilmiş ərazilərdə hazırda 91 746 nəfər yaşayır, işləyir və ya təhsil alır.

Qeyd edək ki, bu proses Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında həyata keçirilir.

Böyük Qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası, yeni infrastrukturun yaradılması və əhalinin doğma yurdlarına mərhələli şəkildə köçürülməsi istiqamətində işlər davam etdirilir.

elaz.info

Bizi izləyin və paylaşın