Qanunsuz tikintilərə qarşı maarifləndirmə tədbiri

Neftçala rayonunun Xıllı qəsəbəsində vətəndaşların şəhərsalma qanunvericiliyi barədə məlumatlandırılması və dayanıqlı inkişaf prinsiplərinin təbliği məqsədilə növbəti ictimai maarifləndirmə tədbiri keçirilib.

ELAZ.İNFO xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən görüşdə Xıllı qəsəbəsi ilə yanaşı, ətraf 8 kəndin (Aşağı Qaramanlı, Qədimkənd, Birinci Qaralı, Kürqarabucaq, Astanlı, Boyat, Ballıcallı, Dördlər) sakinləri, bələdiyyə sədrləri və FHN-in məsul şəxsləri iştirak ediblər. İndi tikinti işlərini sadəcə öz şəxsi mülkündə istədiyi kimi bina ucaltmaq hesab edənlər bir məqama diqqət etsinlər ki, hər bir tikili dövlət şəhərsalma normalarına, ekoloji və enerji səmərəliliyi qaydalarına cavab verməli, ümumi memarlıq estetikasına xələl gətirməməlidir.

Tədbirdə çıxış edən rəsmi şəxslər – Burcalı Ağayev, Dilavər Əliyev, Nəsib Abbasov və Faiq Kazımzadə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini ətraflı izah ediblər. Xüsusilə Məcəllənin 75-ci (tikintiyə icazə) və 80-ci (məlumatlandırma icraatı) maddələri, həmçinin icazəsiz tikintilərə görə İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulan cərimələr barədə sakinlərə xəbərdarlıq edilib. Vurğulanıb ki, polisentrik şəhər modeli və “yaşıl artım” prinsipləri müasir dövrün əsas tələbidir və qanunsuz tikililər həm ətraf mühit, həm də mülkiyyətçinin hüquqi gələcəyi üçün ciddi təhlükə yaradır. Tədbir sakinlərin suallarının cavablandırılması və qarşılıqlı müzakirələrlə yekunlaşıb.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights