ELAZ.İNFO xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə ərazisində qanunsuz saxlanılan odlu silah və sursatın aşkar olunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.
Nazirliyin yaydığı məlumata görə, avqustun 1-2 tarixlərində paytaxt Bakı və respublikanın müxtəlif rayonlarında həyata keçirilən əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində 4 avtomat silahı, 3 tüfəng, 6 patron darağı və 128 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyi bildirir ki, qanunsuz dövriyyədə olan odlu silah və döyüş sursatının aşkarlanması, eləcə də ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.
İlahə BAYINDIR


