Ötən il Kerrvill şəhərində baş verən daşqınlardan zərər çəkən sakinlərə kömək etmək üçün əraziyə yollanan Nik (Nick) bir ildən çox idi ki, Amerikan Qırmızı Xaç Cəmiyyətində könüllü olaraq fəaliyyət göstərirdi.
ELAZ.İNFO xəbər verir ki, o, qısa müddət ərzində beş müxtəlif ezamiyyətdə iştirak edərək ölkə boyu fəlakətlərdən zərərçəkənlərə yardım göstərmişdi. Aradan bir ildən çox vaxt keçdikdən sonra Nik San-Antoniodadır, lakin bu dəfə o, könüllü kimi deyil, Amerikan Qırmızı Xaç Cəmiyyətinin rəsmi əməkdaşı kimi bərpa işlərinə dəstək verməyə qayıdıb.
“Tam səbəbini izah edə bilməsəm də, San-Antonioda çox xüsusi bir ruh var və mən burada keçirdiyim vaxtdan böyük zövq aldım”, – deyə Nik bildirib.
“Bərpa prosesinə yenidən dəstək olmaq və kömək etmək istəyirdim. Yenidən bura qayıtmaq və ötən il birlikdə işlədiyim bu qədər mehriban simanı görmək məni çox xoşbəxt etdi.”
Ruslan MƏMMƏDOV


