Niderland Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə rəsmi səfər edib

Niderland Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə rəsmi səfər edib

Avropa və NATO coğrafiyasının təhlükəsizliyində regional güc mərkəzi olan Türkiyənin strateji rolu növbəti yüksəksəviyyəli hərbi görüşlə bir daha diqqət mərkəzinə gəlib. Keçən həftə Niderland Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Onno Eyxelsheym (Onno Eichelsheim) Türkiyəyə rəsmi səfər edib. Bu səfər Türkiyənin həm bütövlükdə Avropanın, həm NATO-nun, həm də konkret olaraq Niderlandın təhlükəsizliyi üçün nə dərəcədə əvəzolunmaz tərəfdaş olduğunu bir daha nümayiş etdirib.

ELAZ.İNFO xəbər verir ki, Türkiyənin Avropa, Qara dəniz və Yaxın Şərq arasında tutduğu unikal strateji mövqe, eləcə də sürətlə inkişaf edən müdafiə sənayesi bu görüşün əsas müzakirə sütununu təşkil edib. Ukraynadakı müharibə və Yaxın Şərqdə davam edən gərginlik fonunda hər iki ölkənin təhlükəsizlik maraqlarının bir-birinə nə dərəcədə sıx bağlı olduğu xüsusi vurğulanıb.

Ankarada keçirilən rəsmi görüşlər çərçivəsində general Onno Eyxelsheym türkiyəli həmkarı, Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraqdaroğlu (Selçuk Bayraktaroğlu) ilə bir araya gəlib. Görüşdə tərəflər aşağıdakı mühüm istiqamətlər üzrə geniş müzakirələr aparıblar İki ölkənin silahlı qüvvələri arasında birbaşa və səmərəli əlaqələrin yeni mərhələyə qaldırılması; Böhran vəziyyətlərində orduların daha çevik və effektiv qaydada koordinasiya olunması məqsədilə birgə təlimlərin sayının artırılması;

Ukrayna cəbhəsindəki son hərbi təcrübələrin, xüsusilə sursat istehsalı, hərbi innovasiyalar və müdafiə sənayesi potensialı barədə məlumatların qarşılıqlı mübadiləsi; Türkiyənin son illər böyük sıçrayış etdiyi müdafiə sənayesi sahəsində Avropa ilə Türkiyə arasında ortaq layihələrin və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları.

Niderland hərbi rəhbərliyi bəyan edib ki, Türkiyə alyansın cənub-şərq cinahında NATO üçün əvəzolunmaz və strateji bir müttəfiqdir. Silahlı qüvvələr arasında praktiki əməkdaşlığın, qarşılıqlı etimadın və hərbi uzlaşmanın (interoperabelliyin) qorunması NATO-nun qlobal miqyasda çəkindirici gücünü və böhran anlarında vaxtında reaksiya vermək qabiliyyətini yüksək səviyyədə saxlamaq üçün həlledici əhəmiyyətə malikdir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın